Qazax rayonunda baba ehtiyatsızlıqdan nəvəsinə xəsarəti yetirib.
Rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər