Menu

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

07.02.2017, 20:32
Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfərə gələcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol