İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampın fəaliyyətini qiymətləndirib.
Xamenei bu barədə çərşənbə axşamı, fevralın 7-də, öz Twitter səhifəsində yazıb.
“Biz Trampı dəyərləndiririk! O, bizə Amerikanın əsl simasını göstərmək üçün böyük iş görüb”, - Xamenei yazıb.
İranın ali lideri həmçinin əslən İrandan olan beş yaşlı uşağın hava limanında saatlarla əlləri qandallı saxlanılmasını xatırladıb.

Şərhlər