Menu

“Qara bazar” da dolları ucuzlaşdırdı

08.02.2017, 11:56
“Qara bazar” da dolları ucuzlaşdırdı

Banklar ilə bərabər “qara bazar”da da Dollar ucuzlaşıb.

“Marja”nın əldə etdiyi məlumata görə, bu gün səhər “qara bazar” Dolları 1.68-1.70 manata alıb, 1.77 manata satıb. "Qara bazar" Dolların daha da düşəcəyindən ehtiyat edərək alış qiymətini aşağı təyin edir.

Qeyd edək ki, dövriyyədə Manat qıtlığı mövcuddur. Banklar və “qara bazar” Manat olmadığından daha çox dollar ala bilmirlər. Dolların daha da düşəcəyi gözlənildiyindən Dollar alanlar da kəskin azalıb.

Qeyd edək ki, banklar Dollar 1.68-1.76 manat səviyyələrindən alıb, 1.82-1.90 manat səviyyələrindən satırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol