Menu

"ABB-Moskva"nın aktivləri rentabelliyini itirməkdədir

08.02.2017, 15:40
"ABB-Moskva"nın aktivləri rentabelliyini itirməkdədir

Rusiyada fəaliyyət göstərən bankların aktivlərin rentabelliyinə görə renkinqi açıqlanıb.

"APA-Economics" xəbər verir ki, 200 bankın yer aldığı renkinqdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) törəməsi olan "ABB-Moskva" MMC 197-ci yerdə qərarlaşıb.

Belə ki, törəmə bankın aktivlərinin rentabelliyi -6,6% səviyyəsində qiymətləndirilir. 2015-ci ilin yekunlarına əsasən tərtib olunan renkinqdə "ABB-Moskva" 159-cu yerdə olub. 2016-cı ilin əvvəlinə aktivlərin rentabelliyi -0,8% səviyyəndə idi.

Qeyd edək ki, 2016-cı ilin sonuna "ABB-Moskva" MMC-nin aktivlərinin həcmi 29,4 mlrd. rubl təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol