Menu

Dövlət fondu “NAZ Lifan”dan imtina etdi - "Toyota" sürəcəklər (VİDEO)

09.02.2017, 13:24
Dövlət fondu “NAZ Lifan”dan imtina etdi - "Toyota" sürəcəklər (VİDEO)

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) fəaliyyəti üçün avtonəqliyyat vasitələrinin alınması ilə bağlı keçirilən açıq tenderin nəticələri açıqlanıb.

Məlumatda deyilir ki, satınalmanın qalibləri "İmprotex Motors" MMM və “Autouniversal” MMC ilə 2 fevral 2017-ci il tarixində müvafiq olaraq 5 və 7 nömrəli, "Toyota Bakı Mərkəzi" MMC ilə 8 fevral 2017-ci il tarixində 09/17 nömrəli müqavilələr bağlanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına "Naz-Lifan" avtomobillərini almağı tövsiyə etmişdi: "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. ”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol