Menu

"ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək"

10.02.2017, 08:57
"ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək"

"Vaşinqton bütün düşmənlərini məhv etməyincə, sakitləşən deyil".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens deyib.

"Amerikanın qarşılaşdığı təhlükələr indiki qədər çox olmayıb. Lakin əmin ola bilərsiniz: prezident Tramp və onun administrasiyası və bu ölkə düşmənlər məhv edilməyincə, dayanmayacaq və ölkəmiz yenidən təhlükəsizlikdə olacaq", - deyə o əlavə edib.

Vitse-prezident terrorçuların qarşısını alacaqlarına vəd verib:

"İŞİD barbarları onların xilafət yaratmaq cəhdlərinə mane olan kəslərə qarşı amansız davranırlar. Və onlar biz dayandırmayınca dayanan deyillər. Biz isə onları dayandıracağıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol