Menu

“Gənclik Mall”un qarşısında kütləvi dava - Gənc oğlana 6 bıçaq zərbəsi vuruldu

10.02.2017, 13:45
“Gənclik Mall”un qarşısında kütləvi dava - Gənc oğlana 6 bıçaq zərbəsi vuruldu

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.

"Report"un xəbərinə görə, "Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb.

Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol