Menu

Bağdadda partlayış törədilib, ölənlər var

11.02.2017, 00:32

bagdadİraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində 9 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin cənub-qərbində minalanmış avtomobil partladılıb.

Hadisə nəticəsində ərazidə yerləşən yaşayış binaları, mağazalar və nəqliyyat vasitələrinə ziyan dəyib.

Partlayışa görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol