Menu

Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

11.02.2017, 10:17
Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol