Menu

Türkmənistanda prezident seçkiləri keçirilir

12.02.2017, 10:50
Türkmənistanda prezident seçkiləri keçirilir

Türkmənistanda prezident seçkiləri üzrə səsvermə prosesinə start verilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Seçki və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatında bildirilir.

Məlumata görə, Bakı vaxtı ilə 06:00-da respublika üzrə 2 min 578 seçki məntəqəsi açılıb. Daha 39 məntəqə ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılacaq.

Prezident postuna 9 nəfər iddia edir. Onlardan üç nəfəri müasir Türkmənistan tarixində ilk dəfə olaraq siyasi partiyalar tərəfindən irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol