AzRolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Yaponiya Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınağını təxribat adlandırıb.
Ağ evdə bunun sürpriz olmadığını qeyd ediblər. Donald Tramp administrasiyasında deyiblər ki, ABŞ buna mümkün cavab spektrini - sanksiyaların sərtləşdirilməsi və Koreya yarımadasında hərbi iştirakın artırılmasına qədər - nəzərdən keçirir.
Bundan əvvəl Cənubi Koreyanın, Yaponiyanın və ABŞ-n hərbçiləri xəbər vermişdilər ki, Şimali Koreya böyük ehtimalla, ballistik raketini sınaqdan keçirib və raket 500 kilometr uçuş edərək, Yapon dənizinə düşüb.
Bu ərəfədə ABŞ və Yaponiya liderləri Vaşinqtonda rəsmi danışıqlar aparandan sonra, Floridaya gedərək, birlikdə qolf oynayıblar.


Şərhlər