Menu

Məşhur caz ifaçısı dünyasını dəyişib

13.02.2017, 00:01
Məşhur caz ifaçısı dünyasını dəyişib

Məşhur amerikalı caz ifaçısı, “Grammy” mükafatının yeddi qat qalibi El Cerro 76 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “The Washington Post” məlumat verib.

Məlumata görə, əfsanəvi cazmen Los-Ancelesdə hospitalda dünyasını dəyişib.

E.Cerronun debüt albomu “We Got By” 1975-ci ildə işıq üzü görüb. İlk “Grammy” mükafatını 1978-ci ildə, “Ən yaxşı solo caz albomu" nominasiyasında qazanıb. 2001-ci ildə E.Cerronun adı Hollivudun “Məşhurlar Xiyabanı”nda həkk olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol