Menu

Şimali Koreyanın raket sınağına Rusiyanın yumşaq reaksiyası

13.02.2017, 02:17

kuzey-kore-den-dorduncu-nukleer-deneme-hazirlAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ballistik raket sınağına Rusiya xeyli yumşaq reaksiya verərək, yalnız yüngülvari narahatlığını dilə gətirib.

Kremlin bu məsələyə yanaşması belədir ki, həddindən artıq aqressiv cavab tədbirləri Şimali Koreyanı daha təhlükəli addımlar atmağa sövq edə bilər. Bu barədə Rusiya Dövlət Duması beynəlxalq məsələlər komitəsinin başçısı Leonid Slutski «Exo Moskvı» radiosuna danışıb.

Slutski qeyd edib ki, KXDR-n hərəkətlərinə əlüstü cavab vermək lazımdır, ancaq məsələnin həlli siyasi-diplomatik müstəvidə dayanmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol