Menu

Avropa İttifaqı Şimali Koreyanı beynəlxalq ictimaiyyətlə dialoqa çağırıb

13.02.2017, 02:23
Avropa İttifaqı  Şimali Koreyanı beynəlxalq ictimaiyyətlə dialoqa çağırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) beynəlxalq öhdəliklərini saya salmamasını təxribatçı-qəbuledilməz davranış adlandırıb və onu beynəlxalq ictimaiyyətlə dialoqa çağırıb.

Uyğun bəyanat KXDR-nın ballistik raket sınağı ilə bağlı Avropa ittifaqı xarici fəaliyyətlər xidməti tərəfindən yayılıb.

«Bundan əvvəl KXDR ballistik raket atıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin (2016-cı ilin noyabrında qəbul edilmiş 2321 saylı qətnamə də daxil olmaqla) tələblərinin növbəti dəfə pozulması deməkdir. KXDR-nın özünün beynəlxalq öhdəliklərini təkrarlanan saymazlığı təxribatçılıqdır və qəbuledilməzdir. Biz, KXDR-ı gərginliyin bundan sonra da artırılmasından çəkinməyə və beynəlxalq birliklə real, məzmunlu dialoqu bərpa etməyə çağırırıq» - deyə, xarici siyasət xidmətinin məlumatında qeyd olunur.

Xəbərdə o da deyilir ki, Avropa İttifaqının təhlükəsizlik siyasəti və xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini yaxın günlərdə beynəlxalq həmkar dövlətlərin xarici işlər nazirləri ilə cavab tədbirlərini müzakirə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol