Menu

Biləsuvarda gənc fəhlə bədbəxt hadisə nəticəsində ölüb

13.02.2017, 22:54
Biləsuvarda gənc fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Biləsuvarda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosunun ilkin məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərdə taxta-şalban sexində qeydə alınıb.

Belə ki, həmin sexdə gənc fəhlənin başına dəmir düşüb. Aldığı travmadan beyninə qan sızan yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol