Menu

Bir ay əvvəl yaralanan səfir öldü

15.02.2017, 17:59
Bir ay əvvəl yaralanan səfir öldü

Bir ay əvvəl Əfqanıstanın Qəndahar şəhərində törədilən terror aktı zamanı xəsarət alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfiri Cuma əl-Kaabi ölüb.

APA-nın məlumatına görə, bu barədə “Khaama Press” Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə yanvarın 11-də Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, onun BƏƏ səfiri ilə görüşü zamanı törədilib. Hadisə nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən 5-i BƏƏ vətəndaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol