Menu

NATO ölkələri müdafiə nazirləri toplaşır - Brüsseldə

15.02.2017, 18:10

yens-stoltenberq

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə toplaşacaq. Toplantıda, söhbət əsasən, alyansın Qara dənizdə iştirakı məsələsindən gedəcək.

«Görüşün gedişində hərbi idarələrin başçıları alyansın bölgənin qurusunda, dənizdə və havada iştirakı üzrə tədbirlər paketinin işlənib hazırlanmasını başa çatdıracaqlar» - deyə, NATO-nun Baş ktibi Yens Stoltenberq xəbər verib.

Bununla yanaşı, Baş katib inandırmağa çalışıb ki, blokun Şərqi Avropadakı və Qara daniz bölgəsindəki fəaliyyəti balanslaşdırılmış xarakter daşıyır və Rusiyanın qətiyyətli addımlarına və gücdən istifadə etməyə hazır olmasına cavabdır.

«NATO öz tərəfindən, Moskva ilə dialoq istəyir, amma güc mövqeyindən» - deyə, Stoltenberq əlavə edib.

Rusiya tərəfi isə Brüsselin son addımlarından narazılığını ifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol