Menu

ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisləri Bakıda görüşəcək

15.02.2017, 21:24
ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisləri Bakıda görüşəcək

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford fevralın 16-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə RİA "Novosti" ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Onlar müxtəlif məsələlərə, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi və s. toxunacaqlar", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol