Menu

"Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə danışıqları dondurub

16.02.2017, 16:26
"Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə danışıqları dondurub

"Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə aktiv danışıqlar aparmır. "APA-Economics" xəbər verir ki, bunu "Rosneft"in departament direktoru Kris İnçkomb "Interfax" agentliyinə müsahibəsində bildirib.

"Sözügedən yataqla bağlı aktiv danışıqlar getmir. Lakin biz Xəzər dənizindəki başqa layihələrin qiymətləndirilməsini davam etdiririk", - deyə o bildirib.

Bundan öncə SOCAR prezidenti Rövnəq Abdullayev Ümumdünya Enerji Forumunda bildirib ki, "Rosneft" "Abşeron" yatağına maraq göstərir. SOCAR prezidenti əlavə edib ki, "Rosneft" SOCAR-ın yalnız "Abşeron" üzrə tərəfdaşı deyil.

SOCAR-ın hesablamalarına görə, adıçəkilən yatağın ehtiyatları 150-300 mlrd. kubmetr təşkil edir. Layihənin səhmdarları SOCAR, "Total" (hər biri 40%) və "GDF Suez" (20%) şirkətləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol