AzPollitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın paytaxtı Bonn şəhərində G20 sammiti çərçivəsində nazirlərin məsləhətləşmələri raundunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-n dövlət katibi Reks Tillersonun görüşü keçirilib. Məlumatı «TASS» agentliyi yayıb.
«Bizim müzakirə etməyimiz üçün çoxlu məsələlər var. Bunlar əsasən, bizim prezidentlərin telefon danışığı zamanı toxunduqları mövzulardır. Mən, ümid edirəm ki, bu mövzuların hər biri üzrə biz, gələcək işlərimizin parametrlərini müəyyən edə biləcəyik» - deyə, Lavrov qeyd edib.
Bu ərəfədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova xəbər vermişdi ki, bu, Lavrovla Tillerson arasında ilk görüşdür və onun gedişi zamanı nazirlərin tanışlığı baş tutacaq. Danışıqların gündəliyinə ikitərəfli münasibətlər və Moskva ilə Vaşinqtonun qarşılıqlı fəaliyyəti üçün məqbul sayılan əsas beynəlxalq məsələlərin müzakirəsi daxil olacaq.
Danışıqlar, ikitərəfli görüşlər üçün nəzərdə tutulmuş «Rusiya otağı»nda keçir.


Şərhlər