Menu

Makkeyn Ukrayna ordusuna uğurlar arzuladı! - Donbası tezliklə azad etməkdə

17.02.2017, 16:37

Makkeyn-300x198AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ senatoru Con Makeyn Donbası tezliklə azad etmək işində Ukrayna silahlı qüvvələrinə (USQ) uğurlar arzulayıb.

Telefon oyunbazları Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) Amerikalı senator Con Makeynlə Ukraynanın Baş naziri Vladimir Qroysmanın adından telefon danışığı aparıblar və bəyan ediblər ki, Kiyev fevral ayı ərzində Donetsk şəhərini azad etməyi planlaşdırır. Cavabında amerikalı siyasətçi Ukraynanın güc strukturlarına uğurlar arzulayıb.

«Mən, başa düşürəm, sizə uğurlar arzu edirəm. Mən mümkün olan hər şeyi edəcəm ki, siz vacib silahları, lazımi miqdarda ala biləsiniz» - deyə, Makkeyn telefon oyunbazları ilə danışıq zamanı bəyan edib.

Amerikalı serator bundan əvvəl də ABŞ hökumətini Kiyevə letal silahlar verməyə çağırmışdı. Bundan əlavə, o, hətta Prezident Donald Trampa məktub da yazaraq, bu addımın vacibliyini bildirib.

Bu ərəfədə, oyunbazlar Con Makkeynlə və Lindsi Qremlə «məzələndiklərini» təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol