Menu

UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb

17.02.2017, 20:44
UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb

UEFA Türkiyənin "Karabükspor" klubunu 2 illik müddətinə avrokuboklardan diskvalifikasiya edib.

"Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, Superliqa təmsilçisi 2016/2017 və 2017/18 mövsümlərində qitə miqyaslı turnirlərdə iştirak edə bilməz.

"Karabükspor" UEFA-nın maliyyə fayr-pley tələblərinə cavab vermədiyi üçün cəzaya məruz qalıb.

Qeyd edək ki, Türkiyə klubu 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol