Menu

Xəzər dənizindən kişi meyidi çıxarılıb

18.02.2017, 09:12
Xəzər dənizindən kişi meyidi çıxarılıb

Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə müşahidə edilən meyit sahilə çıxarılıb. “Report”un xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məluamata görə, dünən saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyidi sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol