Menu

Makkeyn Trampı ardıcıl olmamaqda günahlandırıb! - «…özü-özünü təkzib edir»

18.02.2017, 10:00

Makkeyn-300x198AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerikalı senator Con Makkeyn ölkə Prezidenti Donald Trampı ardıcıl olmamaqda günahlandırıb.

«Prezident əvvəlcə bir bəyanat verir, sonra isə digər şərait daxilində özü-özünü təkzib edir. Odur ki, biz Prezidentin özünün öz dediklərini təkzib etməsinə öyrəşmişik» - deyə, silahlı qüvvələr üzrə senat komitəsinin başçısı Münhen Təhlükəsizlik konfransında bildirib.

O, həm də əmin olduğunu bildirib ki, Maykl Flinnin dövlət başçısının milli təhlükəsizlik məsələləri üzrə koməkçisi postundan istefa verməsi Tramp administrasiyasını çaşqınlığa gətirib çıxarıb («Röyter»).

Fevralın əvvəlində ABŞ-da Flinn ətrafında qalmaqal baş verib. Mətbuatda xəbərlər yayılmağa başlayıb ki, hələ ötən ilin dekabrında o, Rusiya səfiri Sergey Kislyak ilə antirusiya sanksiyalarını müzakirə edib. Nəticədə, fevralın 13-də Flinn istefa verib və vitse-prezident Mayk Pensi və Ağ Evin digər nümayəndələrini Rusiya diplomatı ilə apardığı danışıqlar barədə tam məlumatlandırmadığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol