Menu

Bakı səmasında müəmmalı obyekt- VIDEO

19.02.2017, 21:00

ucan bosqabBu axşam saat 19.45 radələrində Bakı səmasında müəmmalı işıq saçan obyekt peyda olub.

Obyekt koordinatlarını sürətlə dəyişib, əvvəl şaqüli, sonra üfüqi trayektoriya ilə hərəkət edib.

Milli.az bildirir ki, bu obyekt təxminən 21 dəqiqə xaotik hərəkət edib.

Sayt qeyd edir ki, bu müəmmalı obyektin Rusiyanın Hava-Kosmik Qüvvələrinin süni peyki olduğu da istisna deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol