Menu

Mərkəzi Bankın hərracında tələb 4 dəfə azalıb

20.02.2017, 11:56
Mərkəzi Bankın hərracında tələb 4 dəfə azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

AMB-dən verilən məlumata görə, hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bunun 31,8%-i qədər - 47,7 mln. manat olub. Bu isə fevralın 17-də keçirilmiş hərracla müqayisədə 4,3 dəfə azdır.

Qeyd edək ki, bugünki hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol