AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu ölkənin müdafiə nazirliyi sistemində yeni ordu hissəsi - informasiya əməliyyatları hərbi hissəsi yaradılıb. Bu barədə müdafiə naziri Sergey Şoyqu bəyan edib.
Nazirin sözlərinə görə, bu bölmələrin hərbçiləri təbliğatla məşğul olacaqlar.
«Təbliğat ağıllı, savadlı və effektli olmalıdır» - deyə, Şoyqu bu gün Dövlət Dumasında çıxışı zamanı deyib. Ancan nazir bu hissələrin öz işini konkret necə quracaqları barədə bir söz deməyib.
Amma Dumanın müdafiə komitəsinin başçısı Vladimir Şamanov bəzi təfərrüatları «İnterfaks»a danışıb. Onun sözlərinə görə, hərbi hissə «informasiya qarşıdurması» ilə məşğul olacaq, ancaq kiberhücum problemlərinin həlli ilə də məşğul ola bilər.
Məmurların bəyanatından görünür ki, burada söhbət necə deyərlər, «kiberordu» hissəsinin yaradılmasından gedir. Bundan əvvəl rəsmi şəxslər dəfələrlə bəyan ediblər ki, Müdafiə Nazirliyinin strukturunda bu tipli ayrıca hərbi hissə yoxdur. Amma «Kommersant» qəzeti özəl mənbəyinə istinadla yazmışdı ki, Rusiya ən ikişaf etmiş «kiberhərbi» hissəyə malik 5 ölkədən biridir.
Təqribi hesablamalara görə, bu hissədə hərbçilərin sayı 1000 nəfərə yaxındır. Bu hissələr casusluq, kiberhücum və informasiya müharibəsi ilə məşğuldur.
Bundan əvvəl Rusiya təbliğatına qarşı NATO da analoji bölmələr yaradıb. Alyansın strateji kommunikasiya Mərkəzi öz işinə iki il əvvəl Riqada başlayıb.


Şərhlər