Menu

FED uçot dərəcəsini artıracaq

23.02.2017, 00:43
FED uçot dərəcəsini artıracaq

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir.

FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol