Menu

Rusiya BMT TŞ-də Suriyanın əleyhinə olan qətnaməyə veto qoyacaq

25.02.2017, 09:57
Rusiya BMT TŞ-də Suriyanın əleyhinə olan qətnaməyə veto qoyacaq

Rusiya BMT Təhlükəsizlik Şurasının kimyəvi hücumda ittiham olunan Suriyaya qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə layihəsinə veto qoyacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkova istinadən "Reuters" məlumat yayıb.

"Belə bir fikir var ki, qətnamənin özü araşdırma bitənədək əsas təqsirsizlik prezumpsiyası prinsipinə ziddir", - deyə o bildirib.

Safronkovun sözlərinə görə, Rusiya səsvermədə iştirak edərsə, bu sənədə veto qoyacaq.

Qətnamə gələn həftə səsverməyə çıxarıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol