“Cocuq Mərcanlıda hər şey yaxşıdır. Narahatlığa heç bir əsas yoxdur”.
Bunu Cəbrayıl rayonu Cocuq Mərcalı kəndinin yeganə sakini olan Oktay Həziyev deyib.
Gecə saatlarında cəbhədə vəziyyətin gərginləşdiyini deyən O.Həmziyev hazırda kəndə durumun nomal olduğunu bildirib: “Narahat olmayın, kənddə təmir-bərpa işləri davam etdirilir. Azərbaycanın güclü ordusu var. Biz Azərbaycan ordusuna arxayınıq. Əminəm ki, ordumuz düşmənin bütün təxribat cəhdlərinə layiqli cavab verir və verəcək”.
Xəbər verdiyimiz kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. (azvision)


Şərhlər