Menu

Bakı sakininə qarşı 104 min dollarlıq dələduzluq edilib

25.02.2017, 18:10
Bakı sakininə qarşı 104 min dollarlıq dələduzluq edilib

Bakı şəhər sakininə qarşı 104 min dollarlıq dələduzluq edilib.

"Report"un xəbərinə görə, 1964-cü il təvəllüdlü A.Əliyev Binəqədi Rayon Polis İdarəsinə ərizə yazaraq bildirib ki, 2007-ci ilin aprel ayında 1968-ci il təvəllüdlü N.İsmayılov onu aldadaraq 104 000 ABŞ dollarını alıb və geri qaytarmayıb.

A.Əliyev qeyd edib ki, N.İsmayılov onu ev satmaq adı ilə aldadıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol