Menu

Biləsuvarda 12 yaşlı oğlan çayda boğulub

25.02.2017, 18:52

bogulmaBiləsuvarın 12 yaşlı sakini çaya düşərək boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindən keçən Balharı çayında qeydə alınıb. Biləsuvar rayon Polis Şöbəsindən bildirilib ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehtiyev həyətində velosipedlə oynayarkən çaya düşərək boğulub.

Faktla bağlı Biləsuvar Rayon Prokrorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol