«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünün mikrobloqunda xəbər verib ki, prezidentliyinin ilk ayı ərzində dövlət borcunu təxminən, 0,1 faiz azaltmağa nail olub və KİV-in bu mövzunu işıqlandırmadığından gileylənib.
«Prezidentliyimin ilk ayı ərzində ABŞ-n dövlət borcunun 12 milyard dollar azalması barədə KİV-lər xəbər yaymayıb. Amma Obamanın prezidentliyinin ilk ayı ərzində dövlət borcu 200 milyard dollar artmışdı» - deyə, Tramp gileylənib.
Hazırkı vəziyyətə ABŞ-ın dövlət borcu təxminən, 19,9 trilyon dollar təşkil edir. Barak Obamanın Prezident olduğu 8 ildə ABŞ federal hökumətinin borc öhdəliklərinin məbləği təxminən, doqquz trilyon artıb.

Şərhlər