AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkəsinin müdafiə xərclərini atırmaq niyyətində olduğunu bildirib.
Prezident bu təkliflə sabah Konqresdə çıxış edəcək.
Müdafiə ehtiyacları üçün xərcləri Tramp bəzi dövlət orqanlarında, o cümlədən, Dövlət Departamenti və ətraf mühitin qorunması üzə Federal agentlikdə aparılacaq ixtisarlar hesabına maliyyələşdirməyi düşünür. «New York Times» qəzeti ABŞ administrasiyasındakı bir neçə məmura istinadla yazır ki, sövügedən strukturlarda aparılacaq ixtisarlar hesabına 10 milyardlarla dollar vəsaitin əldə olunacağı gözlənilir.
Eyni zamanda xarici ölkələrə kömək proqramları üzrə xərclər də azaldılacaq.
Yeni büdcə proqramı Trampın ilk təşəbbüsü olacaq və Prezident onu Konqresdən keçirməlidir. Konqres isə qanun layihəsinə ciddi düzəlişlər və əlavələr edə bilər.
Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ administrasiyası Pentaqonun strukturlarının maliyyəsini 30 milyard dollar artırmaq qərarına gəlmişdi.


Şərhlər