Menu

ABŞ-da 16 yəhudi mərkəzində bomba qoyulması barədə məlumat daxil olub

28.02.2017, 01:00
ABŞ-da 16 yəhudi mərkəzində bomba qoyulması barədə məlumat daxil olub

ABŞ-da 16 yəhudi mədəniyyət mərkəzində partlayıcıların quraşdırılması barədə anonim məlumat daxil olub.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, Şimali Karolina, Alabama, Florida, Pensilvaniya, Nyu-Cersi, Delaver və İndiana ştatlarına yerləşən mədəniyyət mərkəzlərinin əməkdaşları dərhal təxliyə olunub.

Fevralın 20-də 11 yəhudi mədəniyyət mərkəzində bomba barədə anonim xəbərdarlıqlar edilsə də, faktlar təsdiqini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol