Menu

Yüksək dozada narkotik qəbul edən qonaqlar öldü

28.02.2017, 10:29
Yüksək dozada narkotik qəbul edən qonaqlar öldü

Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları - 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər.

Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Ev sahibi R. Ələkbərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol