Menu

Əfsanəvi hokkeyçi Petrov dünyasını dəyişib

28.02.2017, 13:06
Əfsanəvi hokkeyçi Petrov dünyasını dəyişib

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu gün səhər əfsanəvi Sovet hokkeyçisi Vladimir Petrov 70 yaşında dünyasını dəyişib.

Vladimir Petrov - sovet hokkey məktəbinin görkəmli simalarından biri, məşqçi Anatoli Tarasovun yaratdığı əfsanəvi «üçlüyün» (Mixaylov-Petrov-Xarlamov) bir parçası idi. Bu «bölük» ölkə və dünya hokkey səhnəsində 1970 -ci ildən 1980-ci illərin əvvəllərinə qədər aparıcı mövqedə olub.

Petrov 11 dəfə SSRİ çempionu, SSRİ yığma komandasının tərkibində 9 dəfə dünya çempionu, 2 dəfə Olimpiya çempionu olub.

Məhz bu nəsil hökkeyçilərə 1972-ci ildə Kanada peşəkar hokkeyçiləri ilə məşhur superseriya oyunlarını keçirmək nəsib olub. İlk oyunda Konada hokeyçiləri 3:7 hesabı ilə darmadağın edilib.

Vladimir Petrov 2006-cı ildə Beynəlxalq hokkey federasiyası tərəfindən «şərəf zalı»na daxil edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol