Menu

Qocalmanı ləngidən möcüzə - Nəhayət ki, tapıldı 

28.02.2017, 23:45

qocaİtaliyanın Molekulyar Onkologiya İnstitutunun bir qrup mütəxəssisi insan orqanizmində qocalma prosesini yavaşladan molekul kəşf ediblər.

Trend-in məlumatına görə, kəşf olunan molekul "qocalma siqnalları"nı ləngidir. Nəticədə hüceyrələrin yenilənməsi və reproduksiyası pozulmur.

Bununla bağlı təcrübələr insan və siçan hüceyrələri üzərində aparılıb.

Təcrübəni aparan mütəxəssislərin fikrincə, bu molekullar insanın qocalmasının qarşısını almasa da, serroz, diabet, artrit kimi xəstəliklərə qarşı effektiv mübarizə aparmağa imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol