Menu

"Karlov cinayəti açılır" - Ərdoğanın müşaviri

01.03.2017, 01:07

cevikTürkiyəli mütəxəssislər səfir Andrey Karlov cinayətini açmağa yaxındırlar.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İlnur Çevik deyib.

O, sui-qəsdlə əlaqəsi olan 6 nəfərin polis nəzarətində olduğunu və qatilin olaydan öncə kimlərlə görüşdüyünün müəyyən edildiyini bildirib:

“Bu bilgilər cinayətin açılmasında böyük rol oynayacaq. Qatilin yazışmalarında bəzi detallar qeydə alındı. Mütəxəssislər həmin detallar üzərində çalışır. Bu, çox ciddi dəlildir. Yaxın zamanda cinayət aydınlığa qovuşacaq”.

Qeyd edək ki, Karlov ötən ilin dekabrın 19-da rəsm sərgisində sui-qəsdə qurban getmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol