Menu

“Qara bazar”da manat yenidən qalxdı

01.03.2017, 10:25

manatdollar“Qara bazar”da manat yeni aya bahalaşma ilə başlayıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, martın 1-də səhər saatlarında dollar alışı 1.7500 manata, satışı isə 1.7700 manata düşüb. Bu isə fevral ayının 28-i ilə müqayisədə 0,5% bahalaşma deməkdir.

Ötən gün “qara bazar”da dollar 1.7600 manata alınıb, 1.7800 manata satılırdı. Qeyd edək ki, bankların manat qıtlığı ilə üzləşməsi son valyuta hərracında təklif edilən dolların tam satılmaması ilə nəticələnmişdi. Hərracdan sonra bankların dolların məzənnəsini aşağı salması, “qara bazar”a da təsir edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol