Menu

Britaniya komandası Formula 1-də iştirakdan imtina edib

01.03.2017, 20:07
Britaniya komandası Formula 1-də iştirakdan imtina edib

Böyük Britaniyanın "Manor" komandası Formula1 çempionatında iştirakdan imtina edib.

Trend "Autosport"a istinadən xəbər verir ki, buna səbəb komandanın maliyyə problemləridir.

Məlumata görə, son iki ildə "Manor"u maliyyələşdirən biznesmen Stiven Fiçpatrik Beynəlxalq Avtomobil Federasiyasına komandanın çempionatdan çıxarılması ilə bağlı məktub göndərib.

Formula 1-in yeni sezonu martın 26-da Avstarliyanın Melburn şəhərində start götürür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol