AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukaynanın sabiq Baş naziri, «Batkovşinı» partiyasının lideri Yuliya Timoşenko Amerika Birləşmiş Şatatlarının (ABŞ) Ukraynadakı səfiri Mari Yovanoviçlə gizli görüş keçirib.
Kütləvi informasiya vasitələri (KİV) xəbər verirlər ki, onların «tet-a tet» görüşü diplomatik missiyanın binasında yox, partiyanın ofisində baş tutub.
«Qaz şahzadəsi»nin amerikalı diplomatla məhz hansı mövzuda danışıq apardığı hələlik məlum deyil. Onların görüşəcəyi barədə «Batkovşinı» partiyasının saytında hətta heç bir anons da yoxdur.

Şərhlər