Menu

Avropa İttifaqının əvəzinə Avropa Federasiyası? - Avropa xilas yolları arayır!

02.03.2017, 00:50

avropa ittifaqi 28AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) memarı sayılan dövlətlərin parlamentləri indi də Avropa Federasiyası (AF) yaratmaq təklifini irəli sürürlər.

Bu təkliflə Fransa, Almaniya, İtaliya və Lüksenburqun qanunvenici orqanlarının başçıları çıxış ediblər. Bu barədə açıq məktubda deyilir ki, böyük səlahiyyətlərə malik olacaq Avropa Federasiyası yaratmağın vaxtı çatıb.

«Biz bilirik ki, bu perspektiv güclü qarşıdurma doğurur. Ancaq imkan vermək olmaz ki, fəaliyyətsizlik bu prosesi iflic etsin. Avropa İttifaqını yeni səviyyədə yenidən qurmaq üçün Avropa ideallarına inanan kəslərə imkan yaratmaq gərəkdir ki, onlar yalnız bu ittifaqın çökməsinin passiv müşahidəçisinə çevrilməsinlər » - deyə, parlament sədrləri bəyan ediblər.

Çağırışın müəllifləri qeyd ediblər ki, əgər ABŞ Avropa İttifaqının yenidən dirçəldilməsi prosesinə qoşulmaq istəmirsə, onun üçün gələcəkdə bunu etmək imkanları saxlanmalıdır. Avroittifaq dövlətlərini bəzi suveren hüquqlarını qurban vermək perspektivi gözləyir. O sferalarda ki, orada birgə fəaliyyətin zəif effekti müşahidə olunur. Buraya miqrasiya qaydaları, energetika sektoru və terrorla mübarizə fəaliyyətləri də daxildir.

Avropa İttifaqının 60 illik yubileyinin bayram ediləcəyi günlərdə bu təşəbbüsün Romada müzakirəsi ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol