Menu

Əfv Məsələləri Komissiyasının iclası keçirilib - 487 müraciətə baxılıb

02.03.2017, 20:07
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - 487 müraciətə baxılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan daha 130 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 487-yə çatıb.

İclaslar qarşıdakı günlərdə də keçiriləcək.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol