Menu

Peskov, Putinin Poroşenko ilə telefon təmaslarını təsdiqləyib!

02.03.2017, 17:06
Peskov, Putinin Poroşenko ilə telefon təmaslarını təsdiqləyib!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefon təmaslarını təsdiqləyib.

O, xəbər verib ki, son vaxtlar Vladimir Putinin Ukrayna Prezidenti Pyotr Poroşenko ilə işçi telefon təmasları olub, ancaq bu zaman Avdeyevkada atəşkəs barədə məsələ müzakirə olunmayıb.

«Avdeyevkada atəşkəs faktının özü müzakirə olunmayıb. Fikir mübadiləsi aparılıb və gərginliyin artması ilə bağlı qarşılıqlı narahatlıq ifadə olunub. Mən yalnız onu təsdiqləyə bilərəm ki, iki prezident arasında işçi telefon təmasları olub» - deyə, Peskov bu gün jurnalistlərə bəyan edib.

Dövlət başçısının mətbuat katibi bildirib ki, belə telefon danışığı bir neçə dəfə baş tutub.

Təmasların məhz kimin təşəbbüsü əsasında baş tutması barədə jurnalistlərin sualına Peskov belə cavab verib: «Bu məsələ ilə bağlı əlavə məlumat verməyə hazır deyiləm».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol