Menu

Türkiyədə ardıcıl zəlzələlər - 22 nəfər xəsarət alıb

02.03.2017, 18:59
Türkiyədə ardıcıl zəlzələlər - 22 nəfər xəsarət alıb

Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda 5.5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bundan sonra 4.2, 3.8 və 4.4 bal gücündə ardıcıl yeraltı təkanlar olub.

Zəlzələ Qaziantep, Batman, Şanlıurfa və Kahramanmaraş vilayətlərində də hiss edilib.

Adıyaman vilayətində baş vermiş zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

Bunu Adıyaman valisi Abdulla Erin deyib.

Yeraltı təkanlar nəticəsində bir çox tikililərdə çatlar əmələ gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol