Menu

Neftçalada avtomobil motosikletlə toqquşub - 4 yaralı

03.03.2017, 00:30
Neftçalada avtomobil motosikletlə toqquşub - 4 yaralı

Neftçalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda rayonun Xıllı Nərə Balıqartırma Zavodunun yaxınlığında qeydə alınıb.

Minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 4 nəfər - rayonun Kürqarabucaq kənd sakinləri, 32 yaşlı Gülmira Samid qızı Səlimova, 11 yaşlı Günel Elşən qızı Səlimova və hələlik adları məlum olmayan digər 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardımdan sonra zərərçəkənlər Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol