Menu

Bakıda iki maşın toqquşaraq alışdı - VİDEO

05.03.2017, 13:25
Bakıda iki maşın toqquşaraq alışdı - VİDEO

Bakıda Bakıxanov bazarından üzü "Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib.

"AzPolitika" avtosfer.az-a istinadən xəbər verir ki, "Toyota” markalı, 90 ZC 130 dövlət nömrə nişanlı avtomobillə "BMW” markalı avtomobil "Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında toqquşub.

Toqquşmadan sonra "Toyota”nın mühərrik yerində yanğın baş verib. Daha sonra yanğın "BMW”yə keçib. Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün təhlükəli anlar yaşanıb. Partlayış baş verməməsi üçün yanacaqdoldurma məntəqəsinin işçiləri yanğının qarşısını almağa çalışıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol