Menu

Şəmkir sakini bıçaqlanıb

05.03.2017, 22:39

BicaqŞəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ələsgərli kənd sakini 1988-ci il təvəllüdlü Xəlilov Bəhruz Aydın oğlu bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala əsasən, B.Xəlilov dostu tərəfindən pul üstündə bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol